Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 14-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "çemnitser"lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 4 qol vuran millimizin forvardı bu oyunda fərqlənə bilməyib.
 
Münster klubu 14 turdan sonra 12 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest