"Yaxşı oyun göstərdik. Futbolçular bütün gücünü qoydu. İndi daha yaxşı olduğumuzu görə bilərsiniz. Komandadakı inkişafı görürəm. Futbolçuların mübarizəsindən razı qaldım, amma nəticədən məmnun deyiləm"

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan APOEL-in baş məşqçisi Tomas Doll Kipr çempionatının 8-ci turunda AEK-lə qarşılaşdığı oyundan sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, alman mütəxəssis 0:0 hesabıyla bitən oyunu belə şərh edib:
 
"Yaxşı oyun göstərdik. Futbolçular bütün gücünü qoydu. İndi daha yaxşı olduğumuzu görə bilərsiniz. Komandadakı inkişafı görürəm. Futbolçuların mübarizəsindən razı qaldım, amma nəticədən məmnun deyiləm.
 
Pis oynadığımızı düşünmürəm. APOEL və AEK kimi komandaların öndə olduğunu nəzərə alsaq, cəsur futbol baş tutdu. Bütün futbolçular savaşdı. Futbolda dürüst olmaq lazımdı. Hər şeydən narazı olmayın. Cümə axşamı Avropa Liqasında vacib oyunumuz var, diqqətimizi bu oyuna yönəltməliyik".
 
APOEL Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la qarşılaşacaq. Qarşılaşma noyabrın 7-də Nikosiyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest