Futbol üzrə Moldova çempionatında 27-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Milsami" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
 
Nurlan bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Dinamo-Avto" 27 oyuna topladığı 38 xalla 8 komanda arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest