Heyətlə bağlı ciddi problemlər yaşayan "Zirə" daha bir futbolçusunun xidmətindən məhrum olub. Matc.az xəbər verir ki, sözügedən komandanın rumıniyalı legioneri Adrian Skarlatake sıradan çıxıb.
 
O, Premyer Liqanın 10-cu turu çərçivəsində keçirilən "Sumqayıt"la ev oyununda zədələnib. Qarşılaşmanın ikinci hissəsinin əvvəlindəcə zədə alan futbolçu bu üzdən əvəzlənmək məcburiyyətində qalıb. Məşqçilər korpusu 53-cü dəqiqədə Skarlatakenin əvəzində Miloş Bakraçı meydana buraxıblar.
 
Qeyd edək ki, "Zirə" - "Sumqayıt" matçında meydan sahibləri 2:1 hesabıyla öndədilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest