"Breşiya" baş məşqçisi ilə yollarını ayırıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Eucenio Korini istefaya göndərilib.

Buna səbəb komandanın ardıcıl uğursuz nəticələridi. Korini komandanı B seriyasından elitaya yüksəltsə də, 10 turdan sonra 18-ci pillədə qərarlaşmaları onun ayrılması ilə nəticələnib. Xüsusən də, son 3 görüşdəki məğlubiyyət rəhbərliyin səbr kasasını daşırıb.

Hazırda "Breşiya"da baş məşqçi postuna ən ideal namizəd Dieqo Lopes göstərilir. Həmçinin çezare Prandelli, Davide Nikola və Cüzeppe Yakininin də adı siyahıda var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest