Türkiyə PTT I liqasında XII tura start verilib. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq üzvü Taşkın İlterin formasını geyindiyi "Afjet Afyonspor" doğma azarkeşləri önündə meydana çıxıb.

Komanda "Hatayspor"u qəbul edib. Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi görüşü İlter əvəz edilmədən keçirib.

Qeyd edək ki, "Afjet Afyonspor" aktivində 11 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest