"Leypsiq"in hücumçusu Timo Vernerin taleyinə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya millisinin üzvü qış fasiləsində komandasını dəyişməyəcək.

Bunu klubun idman direktoru Markus Kroş deyib. O bildirib ki, həm rəhbərlik, həm də futbolçu qışda transfer məsələsinə isti yanaşmır. Hətta 23 yaşlı oyunçu yeni müqavilənin də əleyhinə deyil. Onun hazırkı müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

Qeyd edək ki, Timo Verner "Liverpul" və "Mançester Yunayted"in maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest