"Mançester Siti"nin hücumçusu Rahim Sterlinq karyerasını İspaniyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Real" ulduz futbolçunun xidmətində maraqlıdı.
 
"Kral klubu" İngiltərə millisinin üzvünün keçidi üçün qarşı tərəflə danışıqlara başlayıb. İspanların ilk təklifi 80 milyon funt-sterlinq və hücumçu Qaret Beyl olub. Doğrudu, "şəhərlilər" bu təklifə hələ konkret cavab verməyiblər. Ancaq Premyer Liqa təmsilçisi liderini əldən buraxmaq istəmir.
 
Qeyd edək ki, Rahim Sterlinq "Mançester Siti"yə 2015-ci ildə "Liverpul"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest