PSJ-nin hücumçusu Neymar zədəsini sağaldıb. Matc.az xəbər verir ki, bu barədə klub tvitter səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilir ki, Braziliya millisinin üzvü artıq məşqlərə başlayıb. Ulduz futbolçu fərdi məşq proqramına uyğun hazırlaşır, topla yüngül davranış və qaçış hərəkətləri edir. Onun bir müddət sonra kollektivə qoşulması gözlənilir.

Qeyd edək ki, Neymar sonuncu dəfə oktyabrın 5-də Liqa1-in IX turunda "Anje" ilə qarşılaşmada iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest