"Deməzdim ki, onun oyunu alınmadı. Sadəcə, rəqib daha çox cinahlardan və uzun ötürmələrdən istifadə edirdi. Miçellə mənə "qara iş" daha çox düşürdü. İkinci hissədə ispaniyalı heç də pis oynamadı".

"Matçın belə ab-havada keçməsi azarkeşlərdən asılı idi. çox sayda azarkeş bizi dəstəkləməyə gəlmişdi. Onlara minnətdarlığımı bildirirəm". Matç.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev "Arsenal"la görüşdən sonra deyib. 0:3 hesablı məğlubiyyətə baxmayaraq, müdafiəçi oyunun pis alınmadığını bildirib: "İndi öyrənirəm ki, statistikalarda da rəqibdən geri qalmamışıq. İmkanlarımız da oldu. Amma vura bilmədik. Bunlardan istifadə etsəydik, nəticə başqa cür olardı".

- Bəs niyə alınmır? Artıq neçə illərdi bu səviyyədə oynayırsız, təcrübə də artıb. Elə epizodlardı ki...
- Bunun üzərində çalışmaq lazımdı. Biz futbolçu olaraq daim bunun üçün çalışırıq. Nə vaxt alınacağını deyə bilmərəm. Bizim öhdəmizə daim çalışmaq düşür. Qol imkanlarından istifadə isə tezliklə alınar.


- Miçelin oyunu alınmadığı üçün, sənə daha çox yük düşürdü...
- Deməzdim ki, onun oyunu alınmadı. Sadəcə, rəqib daha çox cinahlardan və uzun ötürmələrdən istifadə edirdi. Miçellə mənə "qara iş" daha çox düşürdü. İkinci hissədə ispaniyalı heç də pis oynamadı.


- Qurban Qurbanov matçdan sonra sizə nə dedi?
- Qarşılaşmadan öncə bizə motivasiya vermişdi. Demişdi ki, heç nə yoxmuş kimi narahat olmayıb, azarkeşlərə maraqlı oyun göstərin. Qarşılaşmadan sonra isə bizə təşəkkürünü bildirib, təbrik etdi. "Arsenal"a qarşı döyüşdük. Amma döyüşmək həmişə nəticədə əksini tapmır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest