21 yaşadək futbolçulardan ibarət Lixtenşteyn yığmasının Aç-2021-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb. Matc.az xəbər verir ki, "cırtdan ölkə" təmsilçisinin baş məşqçisi Martin Ştoklaza heyətə 20 futbolçu cəlb edib.
 
Qeyd edək ki, Azərbaycan – Lixtenşteyn qarşılaşması noyabrın 14-də Sumqayıtda keçiriləcək.
 
Millimizin bu rəqiblə səfərdə baş tutan ilk oyunu Lixtenşteynin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Qapıçılar: Armando Mayer, Luka Vanoni;
 
Müdafiəçilər: Lukas Byuxel, Rafael Qryunenfelder, Roman Şpiriq, Andrin Netser, Manuel Mikus;
 
Yarımmüdafiəçilər: Fabian Unterrayner, Glias Yaqer, Noa Frik, Sebastyan çupp, Benyamin Foqt, Niklas Bek, Lukas Qraber, Menderes çaglar, Simon Lyuxinger, Noa Frommelt;
 
Hücumçular: Martin Markser, Noa Qraber, Tim Şrayber.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest