çempionlar Liqasının qrup mərhələsində "Atalanta" ilə səfər oyunu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı mütəxəssis yubiley oyununa çıxıb.

Belə ki, İtaliyadakı qarşılaşma Qvardiolanın baş məşqçilik karyerasında 600-cü matçı olub. O, bunun 192-ni "Bavariya"da, 247-ni isə "Barselona"da keçirib. Qvardiolanın komandaları 600 görüşün 448-də qələbə qazanıb. Bu isə 75%-lik göstərici deməkdi.

Qeyd edək ki, "Atalanta" - "Mançester Siti" oyunu 1:1 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest