AFFA-nın Apellyasiya Arbitraj Tribunalı bəzi klubların etirazına əsasən, qərarı müzakirə edib. Matc.az saytı xəbər verir ki, konkret olaraq 3 oyunla bağlı qərar verilib.

"Binə" klubunun iddiası qismən təmin edilib. Belə ki, AFFA İntizam Komitəsinin (İK) "Binə"yə 0:3 hesablı texniki məğlubiyyət verilməsi qərarı dəyişdirilərək İntizam Məcəlləsinin 48.3-cü maddəsi tətbiq olunmaqla hər iki komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

İK-in qərarı ilə futzal üzrə Birinci Liqanın "Standard" – ADBTİA matçının 11-ci dəqiqəsində "Standard"ın futzalçısı Anar Həsənovun hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalandırılması qərarı qüvvədə saxlanılıb.

Bundan başqa, İK-in U-17 Liqasının "Xəzər Lənkəran" – "Kəpəz" görüşü ilə bağlı qərarına yenidən baxılması üçün iddiaçının təqdim etdiyi video-görüntülərlə birlikdə AFFA İntizam Komitəsinə qaytarılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest