çempionlar Liqasının qrup mərhələsinin IV turunda "Atletiko"nu qəbul edən "Bayer" 2:1 hesablı qələbə qazanıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Madrid təmsilçisi bu mövsüm ikinci dəfə meydanı məğlub tərk edib.

Dieqo Simeonenin yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyası 11 matçda dayanıb. Həmin 11 görüşün 5-də qələbə qazanan ispanlar 6 dəfə rəqibləri ilə bərabərə qalıb.

Qeyd edək ki, "Atletiko" 4 turdan sonra 7 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest