"Yaxşı oyunlarımızın təsdiqi olaraq bu gün qələbə yerinə düşərdi. Təəssüf ki, bunu bacarmadıq". Matç.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov deyib.

Topaz Premyer Liqasının XI turunda "Neftçi"nin qonağı olan bakılılar 1 xal almağı baxcarıblar – 2:2.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abasov bu fikirləri səsləndirib: "Heç-heçəyə görə də uzulmədik. çünki liderə qarşı oynayırdıq. Paltardəyişmə otağında uşaqlara dedim ki, qeyri-adi heç nə etmədik, öz oyunumuzu göstərdik. Bizə vaxt lazımdı. Başa düşürəm ki, çox vaxt da yoxdu. Hesab edirəm ki, öz oyunumuz həm bu günkü, həm də bundan əvvəlki görüşlərə görə yetərlidi. çatışmazlıqların üzərində işləyirik. Uşaqlar həddən artıq can qoydular. Niyyətimiz "Neftçi"ni dayandırmaq deyildi. Əvvəlki görüşlərdə də üstün oynamışıq. Bəzi epizodlarda güclər bölünmüşdü. Müdafiədə işləmək baxımından yük düşürdü. Əvvəlki oyunlarda hakimiyyət bizim tərəfdə idi. Vəziyyətimiz yaxşı deyil. Kamal Mirzəyevin iki gün əvvəl ayağı zədələndi. Dünən İlkin Qırtımovun ayağı burxuldu, bu gün dedi ki, oynayacam. Bu gün də məşqdə Duventrunun ayağının altında top qaldı. Vəziyyəti də pisdi. Oyunun gedişində də Anar zədələndi. Xahiş edirəm ki, bizi başa düşəsiniz. Bu durumun fonunda futbol oynamağa çalışırıq. İstirahət öncəsi gözəl oyun idi".

- ötən dövrədə də "Neftçi" ilə oyunda Bordinlə mübahisəniz düşmüşdü, indi də. "Neftçi"yə qarşı sanki xüsusi motivasiya olunursunuz...
- Bu fikir sizdə hardan yaranır? Burda "Neftçi" amili yoxdu. Xahiş edirəm, diqqətli olaq. Oyundan əvvəl də Bordinlə isti münasibətlə görüşdük. 15 dəqiqə sonra artıq rəqib idik. İlk görüşdə də anlaşılmazlıq olmuşdu. Hardasa mənim də səhvim olmuşdu ki, dil problemi olduğu üçün başa düşmədim.

- Anar Nəzirovun durumu nə yerdədi?
- Anarı həkimlər içəri aparmaq istəsələr də, o qalıb baxmaq istədi. Son dəqiqələr gedirdi, amma Anar hesabı bilmirdi. çox güman ki, beyin silkələnməsi keçirib. Həkimlər baxacaq.

- Bir epizodda Kiril Petrovla mübahisəniz düşdü...
-  Pərdisin onunla sərt oynadığını deyirdi. Mən də izah edirdim ki, sən sərtlikdən danışma, çünki özün sərt oyunçusan..

- Bu dəfə hakimlər köməkçinizi tribunaya göndərdilər. Halbuki həmişə sizi qaralayırdılar...
- Mən bu gün sakit idim. Köməkçimin nə etdiyini bilmədim.

- Sadiq Quliyevi bağışlamısınızmı?
- Sadiq Quliyev bizimlədi. Komandanın ağsaqqalları xahiş etdilər, mən də bunu nəzərə alıb, Sadiqi geri qaytardıq. Komanda daxilində olan söhbətdi. Hər insana daha bir şans verilməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest