Türkiyə PTT I liqasında XII turun oyunları keçirilir. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın komandası "Gənclərbirliyi" bu gün meydana çıxıb.

Paytaxt təmsilçisi autsaysderlər zonasında qərarlaşan "Balıkesirspor"un qonağı olub. Oyun sahiblərinin qələbəsi ilə nəticələnib. Son dəqiqələrə qədər hesab 1:1 olsa da, "Balıkesirspor" 89 və 90+3-cü dəqiqədə fərqlənərək, qalib gəlib (3:1). Matça ehtiyatdan başlayan Dəniz 77-ci dəqiqədə ankaralıların yeganə qolunun müəllifi Mərt Nobreni əvəzləyib.

Qeyd edək ki, ikinci pillədəki "Boluspor" da bu tur məğlub olduğundan, lider "Gənclərbirliyi" 5 xallıq fərqi qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest