Türkiyə PTT I liqasında XII turun oyunları davam edir. Matç.az saytı xəbər verir ki, Azərbaycanın gənclər millisinin yarımmüdafiəçisi Ozan Can Kökcünün şərəfini qoruduğu "Giresunspor" ev oyununa çıxıb.

Giresunlular doğma azarkeşləri önündə autsayder "Karabükspor"u sınağa çəkib. Oyun ev sahiblərinin böyükhesablı qələbəsi ilə nəticələnib – 4:0. Hesab 2:0 olarkən 67-ci dəqiqədə meydana daxil olan Kökcü növbəti iki qola töhvə verib.

Bu qələbə sayəsində "Giresunspor" xallarının sayını 17-yə çatdırıb və turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest