"Barselona" İspaniya La Liqasının 13-cü turunda "Selta"nı məğlub edib. Matc.az xəbər verir ki, 4:1 hesabıyla bitən görüş Kataloniya təmsilçisinin futbolçusu Serxio Buskets üçün əlamətdar olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Qarşılaşmanın 23-cü dəqiqəsində Nelson Semedonun yerinə meydana daxil olan Buskets, "Barselona"da 550-ci matçına çıxıb. 31 yaşlı yarımmüdafiəçi "Barselona"da ən çox oyun keçirən 5-ci futbolçu olub.
 
"Barselona" tarixində ən çox oyuna çıxan Xavidi. Sabiq yarımmüdafiəçi "Barsa" formasıyla 767 qarşılaşmada iştirak edib.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest