İspaniya La Liqasının 13-cü turu çərçivəsində "Barselona"nın "Selta"ya 4:1 hesabıyla qalib gəldiyi oyunda Kataloniya klubunun hücumçusu Lionel Messi het-triklə yadda qalıb.
 
Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu het-trik onun karyerasında 52-ci olub. Oyunda bir qolu penaltidən, ikisini isə cərimə zərbəsindən vuran argentinalı futbolçu, cərimə zərbələsindən vurduğu qolların sayını da 52-yə çatdırıb.
 
Bundan başqa, Messi bu het-triklə Kriştiano Ronaldonun rekordunu təkrarlayıb. İspaniya La Liqasında 34-cü het-triki reallaşdıran Messi, 2009-2018-ci illərdə "Real"ın şərəfini qorumuş Ronaldonun rekorduna şərik olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest