"Zirə"nin hücumçusu Riçard Qadze Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri səfər oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matçla bağlı bunları söyləyib:
 
- Komandamı nəticəyə görə təbrik edirəm. Yaxşı xarakter göstərdik. Unutmayaq ki, çətin rəqiblə oynadıq. Bu bir xala görə təbrik düşür.
 
- Bunu "Zirə" üçün 3 xala bərabər hesab etmək olar?
- Mənim fikrimcə, bunu 3 xal hesab etmək olar. Biz geri durumda idik, amma hesabı fasilədən sonra bərabərlik əldə etdik. Hətta ikinci qolu da vura bilərdik. Bu nəticə təqdirəlayiqdi.
 
- "Zirə"yə ikinci dəfə keçdin. Assistlər edib, qollar vurursan. Düşünmürsən ki, komandaya gec qoşuldun? 
- Mənim üçün yaxşı haldı. "Zirə"yə minnətdaram ki, bura dəvət etdilər. Formada deyildim, 3 ay idi ki, futboldan kənar idim. Baş məşqçiyə etimad göstərdiyi üçün təşəkkür edirəm. çalışıram ki, onun etimadını doğruldum.
 
- Asmir Beqoviçə qol vurmaq necə hissdi? Onun ayaqları arasından topu tora qovuşdurdun.
- Mən sadəcə, cəhd etdim. Hücumçuyam, evdə olduğum günlərdə futbola baxıram. Beqoviçin ilk addımını atdığı anda bir az da gözləsəydim, bəlkə də, gecikəcəkdim. Fürsətdən anında istifadə etdim.
 
- "Zirə" "Qarabağ"ı məğlub edə bilmir. Bunun üçün nə çatmır?
- Müsahibələrimdə hər zaman demişəm ki, "Qarabağ" əla komandadı. Onlara qarşı oynamaq çətindi. Bu nəticə də uğurludu. "Qarabağ" güclü olmaqda davam edir.
 
- çempionatın bombardirinin 5 qolu var. Ona çata bilərsən?
- Şəxsi uğurların önəmi yoxdu. "Zirə"yə kömək etmək üçün gəlmişəm. Qol vurmaq xoşdu, amma komandanın durumu məni daha çox maraqlandırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest