Futbol üxrə Türkiyə Super Liqasında 11-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

"Göztəpə" – "Yeni Malatyaspor" matçında qalib müəyyənləşməyib. "Başakşəhər" "Ankaragücü" ilə ev oyununda çətin qələbəyə sevinib.

"Beşiktaş" bu turda "Dənizlispor"u sınağa çəkib və minimal hesabla qalib gəlib. Lider "Alanyaspor" isə səfərdə "Trabzonspor"la üz-üzə gəlib. Turun mərkəzi görüşündə Trabzon təmsilçisi qələbə qazanıb.

Türkiyə Super Liqası
11-ci tur

8 noyabr

Fənərbaxça – Kasımpaşa 3:2
Qol: Muriqi, 6-pen; 44-pen. S.Aziz, 59 – Xalili, 37. Ben Yussef, 56.

9 noyabr

Gənclərbirliyi – Kayserispor 2:1
Qol: Sio, 14. Stanku, 81 – E.Demir, 71.

Rizəspor – Antalyaspor 1:0
Qol: Abarhun, 26.

Sivasspor – Konyaspor 2:0
Qol: E.Kılınc, 80. H.Arslan, 89.

Qaziantep – Qalatasaray 0:2
Qol: O.Bayram, 22. Fequli, 43.

10 noyabr

Göztəpə – Yeni Malatyaspor 1:1
Qol: S.Gürler, 9 – G.Töre, 83-pen.

Trabzonspor – Alanyaspor 1:0
Qol: S.Gürler, 9 – G.Töre, 83-pen.

Başakşəhər – Ankaragücü 2:1
Qol: Krivelli, 10; 77 – A.Karabulut, 87.

Beşiktaş – Dənizlispor 1:0
Qol: Nkudu, 70.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest