Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya" çexiyanın gənclər liqasında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, sözügedən komanda 14-cü tur çərçivəsində səfərdə "Viktoriya" (Plzen) ilə qarşılaşıb. 
 
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3. Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da 32-ci dəqiqədə Nəbiyev rəqib qapısından keçirib. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 6-ya çatdırıb.
 
"Slaviya"nın U-21 komandası 14 turdan sonra 21 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest