Futbol üzrə İtaliya A Seriyasında 12-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

"Roma" səfərdə "Parma"ya, "Fiorentina" isə "Kalyari"yə uduzub. "Latsio" "Leççe" ilə ev oyununda inamlı qələbəyə sevinib. "Udineze" – SPAL və "Sampdoriya" – "Atalanta" oyunlarında isə qapılara qol vurulmayıb.

Turun mərkəzi görüşü Turində keçirilib. Lider "Yuventus" doğma azarkeşləri qarşısında "Milan"ı sınağa çəkib və minimal hesabla qalib gəlib. 

İtaliya A Seriyası
12-ci tur

8 noyabr

Sassuolo – Bolonya 3:1
Qol: Kaputo, 34; 75. Boqa, 68 – Orsolini, 70.

9 noyabr

Breşiya – Torino 0:4
Qol: Belotti, 17-pen; 26-pen. Berenger, 75; 81.

İnter – Verona 2:1
Qol: Vesino, 65. Barelya, 83 – Verre, 19-pen.

Napoli – Cenoa 0:0

10 noyabr

Kalyari – Fiorentina 5:2
Qol: Roq, 17. Pisakane, 26. Simeone, 34. Pedro, 54. Naynqqolan, 65 – Vlahoviç, 75; 87.

Latsio – Leççe 4:2
Qol: Korrea, 30; 80. Saviç, 62. İmmobile, 78-pen – Lapadula, 40. La Mantia, 85.

Sampdoriya – Atalanta 0:0

Udineze – SPAL 0:0

Parma – Roma 2:0
Qol: Sprokati, 68. Kornelius, 90+3.

Yuventus – Milan 1:0
Qol: Dibala, 77.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest