"Yuventus"un baş məşqçisi Mauritsio Sarri İtaliya A seriyasının XII turunda "Milan"ı məğlub etdikləri oyundan (1:0) sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, italyan mütəxəssis hücumçu Kriştianu Ronaldonu 55-ci dəqiqədə əvəzləməsinin səbəbini açıqlayıb.

O, portuqaliyalının oynamaq üçün əlindən gələn hər şeyi etdiyini söyləyib: "Ancaq gördüm ki, özünü yaxşı hiss etmir və onun yerinə başqasının meydana girməsi daha yaxşı olacaq. Əlindən gələnin ən yaxşısını edən bütün futbolçular əvəzlənən zaman əsəbiləşir".

Sarri "Milan"la oyunun 55-ci dəqiqəsində Ronaldonu Paulo Dibala ilə əvəzləyib. Ronaldo meydandan çıxarkən əsəbiləşərək, birbaşa paltardəyişmə otağına gedib. Görüşün taleyini həll edən yeganə qolu isə argentinalı hücumçu vurub.

Qeyd edək ki, Sarri Ronaldonu çempionlar Liqası çərçivəsində qarşılaşdıqları Moskva "Lokomotiv"i ilə səfər oyununda da əvəzləmişdi və portuqaliyalı futbolçu bunu sərt şəkildə qarşılamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest