Ukrayna Premyer Liqasının XV turunda baş tutan "Şaxtyor" - "Dinamo" oyununda xoşagəlməz hal yaşanıb. Matc.az saytının məlumatına görə, Donetsk klubunun futbolçusu Tayson irqçi təzyiqlərə məruz qalıb.

Belə ki, braziliyalı qarşılaşmanın 71-ci dəqiqəsində rəqibə qarşı qaydanı pozub. Bu isə kiyevli azarkeşlərin narazılığına səbəb olub. Onların "sambaçı"ya qarşı irqçi şüarlar səsləndirməsi oyunçunu özündən çıxarıb. Nəticədə fanatlara orta barmağını göstərən 31 yaşlı yarımmüdafiəçi qırmızı vərəqə alıb. Göz yaşları içində meydanı tərk edən Tayson qış fasiləsində Ukraynanı tərk etmək niyyətindədi.

Qeyd edək ki, yayda "Milan" Taysonun transferi üçün 30 milyon avro təklif etsə də, "Şaxtyor" onu satmamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest