21 yaşadək futbolçulardan ibarət Ukrayna yığmasının heyətində dəyişiklik olub. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Ruslan Rotan Bakı səfəri öncəsi daha bir oyunçuya dəvət göndərib.

Belə ki, Azərbaycan millisi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək ukraynalılarda "Dnepr-1"in yarımmüdafiəçisi Aleksandr Nazarenko da heyətə cəlb edilib. Bununla yığmadakı oyunçu sayı 25-ə çatıb.

Qeyd edək ki, Ukraynanın U-21 komandası noyabrın 15-də Lvovda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Danimarka, 19-da isə Bakıda yoxlama görüşündə Azərbaycanla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest