17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə qoşulub. Matc.az saytının məlumatına görə, komandamız bu gün ilk oyununu keçirib.

Yığmamız Yunanıstanın Patra şəhərindəki “Papacharalambio Ethniko” stadionunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Yeddi qolun qeydə alındığı matç yığmamızın məğlubiyyəti ilə başa çatıb. Komandamızın heyətində yeganə qolu 62-ci dəqiqədə penaltidən fərqlənən Berkay Vardar vurub.

 

Avropa çempionatının ilkin seçmə mərhələsi

9-cu qrup, I tur

Azərbaycan - Yunanıstan 1:6
Hakimlər: Andrey Peçaneç, Radek Kotik (hər ikisi Çexiya), Viktor Matyaş, Denis Şurman (hər ikisi Ukrayna)
Patra. “Papacharalambio Ethniko” stadionu

Qeyd edək ki, millimiz 9-cu qrupda Yunanıstan, Almaniya və Qazaxıstanla mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest