Bu gün Azərbaycan kubokunda 2019-20 mövsümünün püşkatma mərasimi keçirilib. Matc.az saytının məlumatına görə, mərasim AFFA-nın inzibati binasında təşkil olunub.

Püşkatmada Premyer Liqada iştirak edən 8 klubla yanaşı, I divizionun 4 komandası - "Zaqatala", "Kəpəz", "Ağsu" və "Qaradağ Lökbatan" təmsil olunub.

Komandalar reytinqə əsasən 3 səbətə bölünüb. Əvvəlcə ötən mövsüm Premyer Liqanı 5-8-ci yerlərdə başa vuran "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"nin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Bu mərhələ bir matçdan ibarət olacaq və dekabrın 4-də keçiriləcək.

Qaliblər Premyer Liqada ilk 4 yeri tutmuş "Qarabağ", "Neftçi", "Səbail" və "Qəbələ" ilə 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin ilk görüşləri 15-16 dekabrda, cavab matçları 19-20 dekabrda olacaq.

Təsnifat mərhələsi: "Sabah" - "Ağsu", "Zirə" - "Qaradağ Lökbatan", "Sumqayıt - "Zaqatala", "Keşlə" - "Kəpəz".
 
1/4 final: "Qəbələ" / "Sabah" - "Ağsu" cütünün qalibi ilə, "Səbail" / Zirə" - "Qaradağ Lökbatan" cütünün qalibi ilə, "Neftçi" / "Sumqayıt" - "Zaqatala" cütünün qalibi ilə, "Qarabağ" / "Keşlə" - "Kəpəz" cütünün qalibi ilə.

Püşkə əsasən, "Neftçi" və "Qarabağ" yoluna davam edəcəyi təqdirdə, yarımfinal mərhələsində üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest