İspaniyalı futbolçu David Vilya karyerasını başa vurmaq qərarına gəlib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bunu 37 yaşlı hücumçu özü bildirib.

Yaponiyanın "Vissel Kobe" klubunun formasını geyinən İspaniya millisinin sabiq üzvü mövsümün sonunda bu addımı atacağını açıqlayıb: "19 illik peşəkar karyerama mövsümün sonunda son qoymaq qərarına gəldim. Bu xəyaldan zövq almağıma imkan verən bütün klublara, məşqçilərə və komanda yoldaşlarına təşəkkür edirəm. Məqsədim yanvarın 1-də "Vissel Kobe" ilə İmperator Kubokunu qazanmaqdı. Ondan sonra yeni layihələrdən zövq almağa başlayacam".

Qeyd edək ki, David Vilya İspaniya yığması tarixinin ən məhsuldar futbolçusudu - 98 oyunda 59 qol. O, "buğalar"ın heyətində Avropa və dünya çempionu olub. "Barselona", "Atletiko", "Saraqosa", "Valensiya", "Nyu-York Siti", "Melburn Siti" klublarında çıxış edib. Vilya "Barselona"nın heyətində La Liqanın, ölkə kubokunun, Superkubokunun, çempionlar Liqası və UEFA Superkubokunun, həmçinin Klublararası Dünya çempionatının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest