Bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, Tbilisi şəhərindəki "Olimpik Palace"də komandamız gürcüstanlı həmyaşıdları ilə üz-üzə gəlib.

Oyunda hesabı futzalçılarımız açsa da, üstünlüyünü qoruya bilməyib. Fasiləyə qədər rəqib 3 qol vurub. Bir dəfə isə avtoqol qeydə alınıb və nəticədə komandamız fasiləyə minimalhesablı yenilgi ilə yollanıb.

İkinci hissədə yorğunluq, eləcə də hakimlərin yanlış qərarları fərqin böyüməsinə səbəb olub.

Avropa çempionatının seçmə qrup mərhələsinin oyunları üçün Tbilisiyə gələn 19 yaşadək futbolçulardan ibarət yığma komandamız təmsilçimizi dəstəkləmək üçün "Olimpik Place"də yer almışdı.

Qeyd edək ki, rəqiblərin bir gün əvvəlki ilk oyununda millimiz 3:2 hesabı ilə qalib gəlmişdi.

Gürcüstan U-19 – Azərbaycan U-19  - 10:3
Tbilisi. Olimpik Palace. Hakimlər: Bakur Ninua, Levan Varamişvili, Quram Machitidze (hamısı Gürcüstan)
Qollar: N. Klaratişvili, 08:00, D. Mageladze, 14:41, G. Glartadze, 17:52, 23:00, B.  Bekauri, 22:17, L. Svanidze, 26:44, B. Claduneli, 28:11, G. Zunturov, 34:00, 38:50, 39:17 // K. Əsədli, 2:45,  D. Mageladze, 17:42 (a/q), R. Rüstəmov, 27:37
Sarı vərəqələr: B. Claduneli, 25:00, G. Zunturov, 27:19 // C. Nuriyev, 25:23, T. Əhmədov, 27:49, R. Rüstəmov, 35:49

Qırmızı vərəqələr: N. Nadareişvili, 27:43 // V. Reznov, 27:43

Gürcüstan U-19: 1. Tornik Bvalişvili (q, k), 3. Data Mageladze, 10. Geva Kosnadze, 11. Giorgi Zunturov, 17. Nika Nadareişvili, 12. Vasil Tskitişvili (q), 4. Beka Bekauri, 16. Roman Kuklianidze, 7. Giorge Glartadze, 77. Nika Klaratişvili, 9. Bakly Claduneli, 6. Saba Egristşvili, 8. Giorti çadunili, 20. Levan Svanidze, 18. İrakli Qabiskiria, 23. Tornike Kenia (q)

Baş məşqçi: Avtandil Asatiani

Azərbaycan U-19: 1. Vladislav Reznov (q), 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli, 12. Niyaz Əhmədov (q), 4. Turan Əhmədov, 6. Rauf Rüstəmov, 9. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 11. Sabir Həsənov, 13. Fuad Məmmədzadə, 14. Ceyhun Nuriyev, 15. Nicat Quluzadə

Məşqçi: Ağatahir Əzimov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest