"Çox çətin oyun oldu. "Qarabağ" yaxşı çıxış etdi və kifayət qədər qol şansı qaçırdı".

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın qonağı olan "Arsenal" 3:0 hesablı qələbə qazanaraq, aktivinə növbəti 3 xalı yazdırıb. Matç.az saytı xəbər verir ki, London təmsilçisinin heyətində ilk qolun müəllifi olan müdafiəçi Sokratis Papastatopulos klubun rəsmi saytına müsahibəsində bəxtlərinin gətirdiyini söyləyib.

- Hesab arasındakı fərq böyük olsa da, qələbə qazanmaq üçün çox çalışdınız...
- çox çətin oyun oldu. "Qarabağ" yaxşı çıxış etdi və kifayət qədər qol şansı qaçırdı. Qələbə qazandığımız üçün xoşbəxtik. çox çalışmalı və oyunumuzu inkişaf etdirməliyik. Bəzi şeylərin qaydasında getmədiyini və üzərimizdə daha çox çalışmalı olduğumuzu bilirik.

- üçlü müdafiə sistemində oynamaq sizə çətin olmadı?
- Bu, mənim üçün yaxşı oldu. çünki Tomas Tuhelin dönəmində Dortmund "Borussiya"sında da bu sistemlə çox oynadım. Məncə, uğurlu sistemdi. Təbii ki, baş məşqçi daha yaxşı bilər. O, bəzi taktiki gedişləri sınayır. Hər şey komandanın xeyri üçündü. Məncə, doğru yoldayıq.

- "Arsenal"da qol hesabınızı açdınız. Yəqin ki, bu, sizin üçün xüsusi olacaq...
- Bu qola görə Naçoya minnətdarlığımı bildirirəm. Komandada qol hesabımı açdığım üçün çox şadam.

- Qol buraxmadığınızı nəzərə alsaq, müdafiə xəttindən razı qalmaq olar?
- Əlbəttə, qol buraxmadığımız üçün şadam. Həm "Qarabağ"la, həm də son matçlardakı qələbələrə görə çox sevinirəm. Yaxşı müdafiə olunduğumuz görüşlər oldu. Ancaq yenə də çalışmalı olduğumuz tərəflər var. çünki "Qarabağ" bu gün xeyli qol şansını qaçırdı. Həmin epizodlarda bəxtimiz gətirdi və bunu çox gözəl dərk edirik. Amma yenə də oyunumuzun getdikcə müsbətə doğru dəyişdiyini söyləyə bilərəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest