Futbol üzrə çin yığma komandasının baş məşqçisi Marçello Lippi istefa verib. Matc.az xəbər verir ki, uğursuz çıxışı ilə diqqət çəkən komandasının bu gün Dç-2022-nin Asiya üzrə seçmə mərhələsi çərçivəsində Suriyaya 1:2 hesablı məğlubiyyətindən sonra mətbuat konfransı keçirən italiyalı mütəxəssis postundan ayrıldığını bəyan edib:
 
"Komandanın bu vəziyyətə gəlməsində çox böyük payım var. çin yığmasındakı fəaliyyətimə son qoyuram".
 
A qrupunda yer alan çin yığması 4 oyuna topladığı 7 xalla ikinci sırada qərarlaşıb. Suriya isə 12 xalla liderdi. 
 
Lippi 2016-cı ildən çin millsini çalışdırır. İtaliyalı məşqçi Asiya Kubokunun 1/4 finalında mübarizəni dayandırdıqları üçün bu ilin yanvar ayında istefa vermişdi. Amma çin Futbol Federasiyası may ayında 71 yaşlı mütəxəssisi yenidən millinin baş məşqçisi postuna gətirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest