Azərbaycan millisinin qapıçısı Emil Balayev taleyinə aydınlıq gətirib. "Tobol"un qolkiperi Qazaxıstanı tərk etmək fikrində deyil. O, sports.kz saytına açıqlamasında Kostanay təmsilçisini tərk etməyəcəyini söyləyib.

Azərbaycan millisinin qapıçısı Emil Balayev taleyinə aydınlıq gətirib. Matc.az saytının məlumatına görə, "Tobol"un qolkiperi Qazaxıstanı tərk etmək fikrində deyil.

O, sports.kz saytına açıqlamasında Kostanay təmsilçisini tərk etməyəcəyini söyləyib: "Klubla hələ birillik müqaviləm var. "Tobol"da qalacam".

Qeyd edək ki, Qazaxıstan çempionatında keçirdiyi 31 oyunda qapısında 22 top görən Emil Balayev 2019-cu il mövsümünün simvolik komandasına düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest