AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Uels yığmasının lideri Qaret Beyl qarşılaşmadan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, ulduz futbolçu yığmamızda inkişaf hiss olunduğunu vurğulayıb.
 
- Aaron Remsinin milliyə dönməsinə münasibətiniz necədi?
- Remsinin yenidən heyətdə olması çox gözəldi. Bu, sevindirici haldı. O, "Yuventus" kimi böyük klubda çıxış edir. Belə davam etsə, orda möhkəmlənəcək.
 
- özünüzü necə hiss edirsiniz?
- özümü əla hiss edirəm. ümid edirəm ki, bu cür də davam edərəm.
 
- Uzun illərdi xarici klublarda oynayırsınız. Yəqin ki, yığmanın oyunu zamanı evə qayıdanda sevinirsiniz...
- Milli komandada oynamaq həmişə şərəfdi. Yığmada oynamaq hər zaman xoşdu.
 
- Azərbaycan millisi barədə təəssüratlarınız necədi? 
- Azərbaycan yığmasının oyunlarını izlədikdə inkişaf görmək olar. Beş il əvvəlki ilə indiki Azərbaycan arasında fərq görürəm. Bu komanda daim inkişafdadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest