Milli komandaların oyunları əlaqədar Premyer Liqada yaranmış fasilədən yararlanan "Keşlə" də bu gün yoxlama görüşündə qüvvəsini sınayıb. Matc.az xəbər verir ki, paytaxt klubu Birinci Divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşıb.
 
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında üz-üzə gələn klubların duelində elita təmsilçisi 4:0 hesablı qələbəyə sevinib.
 
"Keşlə"nin heyətində qolları Emin Mehtiyev, Franko Flores, Pərviz Azadov və Xəzər Mahmudov vurublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest