"çətin oyun oldu, komandamızda nələrsə alınmadı. Bəzi epizodlarda qol vura bilmədik". Matc.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev AVRO-2020-nin seçmə mərhələsində Bakıda Uels yığmasına 0:2 hesablı məğlubiyyətdən sonra deyib.

23 yaşlı hücumçu Slovakiya kollektivi ilə cari tsiklın son görüşündə qalib gəlməyə çalışacaqlarını söyləyib: "İtirəcəyimiz bir şey yoxdu. Bu oyunu analiz edib, yaxşı nəticə çıxara bilərik. Bu gün bütün futbolçular mübarizə apardılar. özümün də çox səhvim oldu".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest