"Zirə" ilə yoxlama oyunundan sonra 1 günlük istirahətə buraxılan "Sumqayıt" bu gündən etibarən "Qarabağ"la oyunun hazırlığına start verib. Matc.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri "Kapital Bank Arena"nın ehtiyat meydançasında saat 15:00-da məşqə çıxıb.
 
İlk hissəsi fiziki çalışmalarla keçən məşqdə daha sonra topla müxtəlif hərəkətlər üzərində hazırlıqlar davam edib. 1,5 saat davam edən məşə ikitərəfli oyunla yekun vurulub.
 
Qeyd edək ki, "Sumqayıt" – "Qarabağ" qarşılaşması 22 noyabr, saat 19:00-da "Kapital Bank Arena"da keçiriləcək. Matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest