AFFA-nın İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Matc.az saytı xəbər verir ki, komitə futzal liqalarında baş vermiş neqativ hallara hüquqi qiymət verib.

Yüksək Liqanın "Araz"la oyununda hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan "Neftçi" İK-nın futzalçısı Rüfət Balakişiyev 4 oyunluq cəzalandırılıb.

Birinci Liqanın "Baku Fans" – "Baku Fire-2" görüşündə birincilərin üzvü Eldost Paşayev rəqibi ayaqla bilərəkdən vurduğuna, həmçinin hakimi təhqir, hakimə fiziki təzyiq göstərdiyinə görə 10 oyunluq diskvalifikasiya edilib.

İkinci Liqanın "Star karqo-2" – "Timsport" qarşılaşmasında "Timsport" təyin olan vaxtda meydana çıxmadığı üçün 0:5 hesablı texniki məğlubiyyətlə üzləşib. Həmçinin Birinci Liqada keçirilməli olan "Veqa" – "Forza Neftçi" oyunu "Veqa" təyin olunmuş vaxtda meydana çıxmadığı üçün baş tutmayıb. Buna görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest