Fransa Liqa1-in XIII turunda "Monako"nun qonağı olan PSJ səfərdən böyükhesablı qələbə ilə dönüb – 4:0. Matç.az saytı xəbər verir ki, Paris təmsilçisi bununla ardıcıl 13-cü qələbəsini qazanıb və yoluna itkisiz davam edir.

PSJ bu göstərici ilə öz rekordunu yeniləyib. Aktivində 39 xal olan Tomas Tuhelin yetirmələri ən yaxın izləyicisini artıq 13 xal qabaqlayır. Buna qədər "Top-5" liqalarda rekord "Tottenhem"ə məxsus idi.

London klubu 1960-61 mövsümündə ardıcıl 11 qalibiyyət əldə etmişdi. Bu göstəricini ötən turda yeniləyən PSJ isə artıq öz rekordunu yeniəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest