"Bavariya"nın hücumçusu Robert Levandovski maraqlı açıqlama ilə diqqət çəkib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu baş məşqçi postunda "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanı görmək istədiyini etiraf edib.

O, sabiq baş məşqçisinin futbolçulara əlavə güc qatdığını düşünür: "Qvardiola, demək olar ki, hər bir futbolçunu daha yaxşı edir. Buna görə də onun rəhbərliyi altında çalışmaq hamı üçün uğurdu. Flik isə birbaşa oyunçularla ünsiyyət qurur. Bunu dərhal hiss etdik. Ancaq o da taktikanı sevir. Hər şeyin mükəmməl olduğunu deyə bilmərəm. Ancaq Hans-Diter bir neçə ündə işini çox yaxşı gördü. Klub üçün də asan deyil. çünki hazırda çox sayda boşda güclü məşqçi yoxdu. Bu üzdən Fliklə yola davam etmək məntiqlidi".

Qeyd edək ki, "Bavariya" bu yaxınlarda Niko Kovaçla yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest