"Soçi" baş məşqçisi Aleksandr Toçilinlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

45 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Toçilin 2018-ci ilin yayından "Soçi"ni çalışdırırdı.

Qeyd edək ki, "Soçi" hazırda Rusiya Premyer Liqasında sonuncu – 16-cı sırada yer alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest