"Tottenhem" qış fasiləsində heyətinə yeni futbolçu cəlb etməyəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klub rəhbərliyi bunu yeni baş məşqçi Joze Mourinyo ilə razılaşdırıb.

Belə ki, danışıq zamanı portuqaliyalıya hazırkı heyətlə işləmək məcburiyyətində qalacağı və qışda transferə pul ayrılmayacağı bildirilib. London təmsilçisi bunun üçün imkanlarının olmadığını vurğulayıb. Mourinyo da bu şərti qəbul edib, hətta akademiyadan gənclərə şans verəcəyini vurğulayıb. Ancaq o, mövsümün sonunda hücumçu Harri Keynin satılmaması şərtini də qoyub.

Qeyd edək ki, Mauritsio Poçettinonun yerinə gələn Joze Mourinyonun müqavilə müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest