"Atletiko" hücumçusu Dieqo Kostanı itirib. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, belində yırtıq aşkarlanan ulduz futbolçu əməliyyat olunub. Həkimlər forvardın ən yaxşı halda 3 aydan sonra yaşıl meydanlara qayıdacağını açıqlayıb.

Qeyd edək ki, Dieqo Kosta bu mövsüm bütün turnirlərdə 15 oyunda iştirak edib, 2 qol, 3 məhsuldar ötürmə ilə diqqət çəkib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest