"Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç Avropaya qayıtmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 38 yaşlı forvard "Milan"a dönməyə çox yaxındı.

"Rossonyerlər" il yarımlıq müqavilə istəyən isveçliyə 6 ay + 1 illik sözləşmə təklif edib. Dekabrda azad agent statusu daşıyacaq veteran futbolçu ilə bu yöndə danışıqlar müsbət məcrada yekunlaşmaq üzrədi. Forvardın A seriyası təmsilçisində 6 aylıq məvacibi 6 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2010-2012-ci illərdə "Milan"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest