Azərbaycan Prezidenti İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Matc.az xəbər verir ki, sərəncama əsasən, arenanın yenidən qurulması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

İqtisadiyyat Nazirliyi 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə sərəncamda göstərilən stadionun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmalıdı.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest