İtaliya çempionu "Yuventus" Xuan Kuadrado ilə müqavilə yeniləyib. Matc.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
31 yaşlı kolumbiyalı futbolçu klubu ilə müqaviləsinin müddətini 2022-ci ilin yayına qədər artırıb. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.
 
Qeyd edək ki, Kuadrado "Yuventus"da 2015-ci ildən forma geyinir. Kolumbiya yığmasında 90-dan çox oyun keçirmiş yarımmüdafiəçi karyerası ərzində "Udineze", "Leççe", "Fiorentina" və "çelsi" klublarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest