"Mən başa düşmürəm. Nə demək istəyirsən, onu bəyənmirəm? Bu cür sualları hardan çıxardığınızı bilmirəm, özünüz belə düşündünüz? Mən belə sualları sevmirəm. Ayaz Quliyevlə bağlı eyni mövqedəyəm. Onu kimin yerində oynadım, Umyarovun?"

Moskva "Spartak"ının baş məşqçisi Domeniko Tedesko mətbuat konfransı keçirib. Matc.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, 34 yaşlı mütəxəssisi bir sual özündən çıxarıb.

Belə ki, həmkarlarımızın azərbaycanlı futbolçu Ayaz Quliyevə şans verməməsi ilə bağlı "Quliyevi bəyənmirsiniz" sualını italiyalı sərt şəkildə cavablandırıb: "Mən başa düşmürəm. Nə demək istəyirsən, onu bəyənmirəm? Bu cür sualları hardan çıxardığınızı bilmirəm, özünüz belə düşündünüz? Mən belə sualları sevmirəm. Ayaz Quliyevlə bağlı eyni mövqedəyəm. Onu kimin yerində oynadım, Umyarovun? Oyunçuya qarşı deyiləm, amma üstünlük verdiyim futbolçunun tərəfdarıyam. Bu, Quliyevin pis futbolçu olması anlamına gəlmir. Hər kəsin gec-tez bir şansı olacaq".

Qeyd edək ki, Domeniko Tedesko "Spartak"a ötən ay baş məşqçi təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest