"Arsenal"ın hücumçusu Denni Uelbek əməliyyat olunub. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, bunu "topçular"ın baş məşqçisi Unay Emeri deyib.

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində "Sportinq"lə qarşılaşmada topuğunda sınıq olan 27 yaşlı forvard uzun müddət komandasına kömək edə bilməyəcək. Emeri bir neçə ay Uelbekin xidmətindən məhrum qalacağını söyləyib. Bu isə o deməkdi ki, İngiltərə millisinin üzvü Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la son görüşü də buraxacaq.

Qeyd edək ki, "Arsenal" – "Qarabağ" matçı dekabrın 13-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest