Futbol üzrə Almaniya Bundesliqasında 12-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
"Bavariya" bu turda "Fortuna" səfərinə yollanıb. Münhen təmsilçisi 4 cavabsız qola sevinib.
Lider Münhenqladbax "Borussiya"sı isə "Yunion"u sınağa çəkib və 2 cavabsız qolla uduzub.
Almaniya Bundesliqası
12-ci tur
22 noyabr
Borussiya (Dortmund) – Paderborn 3:3
Qol: Sanço, 47. Vitsel, 84. Roys, 90+2 – Mamba, 5; 37. Holtmann, 43.
23 noyabr
Bayer – Frayburq 1:1
Qol: Diabi, 36 – Holer, 5.
Fortuna – Bavariya 0:4
Qol: Pavard, 11. Tolisso, 27. Qnabri, 34. Koutinyo, 70.
Ayntraxt – Volfsburq 0:2
Qol: Veqorst, 19. Viktor, 65.
Yunion – Borussiya (Münhenqladbax) 2:0
Qol: Ujah, 15. Andersson, 90+1.
Verder – Şalke 1:2
Qol: Osako, 79 – Harit, 43. Raman, 53.
Leyptsiq – Köln 4:1
Qol: Verner, 22. Forsberq, 32; 79. Laymer, 37 – çixos, 39..
24 noyabr
18:30 Auqsburq – Herta
21:00 Hoffenhaym – Maynts