Futbol üzrə İspaniya La Liqasında 14-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha dörd görüş baş tutub.
 
Lider "Barselona" bu turda səfərdə "Leqanes"i sınağa çəkib və əzmkar qələbəyə sevinib. 
 
"Real" "Real Sosyedad"ı qəbul edib. Madrid təmsilçisi də erkən qol buraxdığı oyundan qələbə ilə ayrılıb. 
 
Madridin digər təmsilçisi "Atletiko" isə "Qranada" ilə səfər matçında xal itkisi ilə üzləşib.
 
İspaniya La Liqası
14-cü tur
22 noyabr
 
Levante – Malyorka 2:1
Qol: Rocer, 52. Roşina, 73 – Rodriqes, 65.
 
23 noyabr
 
Leqanes – Barselona 1:2
Qol: En Nesiri, 12 – L.Suares, 53. Vidal, 79.
 
Betis – Valensiya 2:1
Qol: Xoakin, 37. Kanales, 90+3 – M.Qomes, 32.
 
Qranada – Atletiko 1:1
Qol: Sançes, 67 – Lodi, 60.
 
Real – Real Sosyedad 3:1
Qol: Benzema, 37. Valverde, 47. Modriç, 74 – Villian Xose, 2.
 
24 noyabr
 
15:00 Espanyol – Xetafe
17:00 Osasuna – Atletik
19:00 Eybar – Alaves
21:30 Vilyarreal – Selta
00:00 Valyadolid – Sevilya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest